Modern.az

Sabirabadda çətənə kollarını oğurlayanlar tutuldu

 Sabirabadda çətənə kollarını oğurlayanlar tutuldu

Təhsil

25 Avqust 2015, 13:21

Sabirabad rayonunda narkotiklərlə bağlı dörd nəfər tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, avqustun 22-də Sabirabad RPŞ əməkdaşları tərəfindən narkotik vasitə ilə tutulmuş Vəlixan Rəhimovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmkəndlisi Elməddin Əkbərovla birgə kultivasiya yolu ilə 40 ədəd çətənə kolu yetişdirməsi, habelə həmin çətənə kollarının rayon sakinləri Cavid Babayev və Nuhəli Rzayev tərəfindən oğurlanması və Bayram Hüseynova verilməsi də müəyyən edilib. Həyata keçirilmiş əməliyyat tədbirləri ilə E.Əkbərov, C.Babayev və N.Rzayev də tutulublar.

Qeyd edək ki, avqustun 22-də Sabirabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yenikənd kənd sakini, əvvəllər məhkum olunmuş Vəlixan Rəhimov saxlanılıb.

Onun həyətyanı sahəsində kultivasiya yolu ilə yetişdirilmiş 40 ədəd çətənə kolu və 1 kiloqram 150 qram marixuana aşkar edilərək götürülüb.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal