Modern.az

PKK beynəlxalq İpək yolunda bomba partlatdı

PKK beynəlxalq İpək yolunda bomba partlatdı

Təhsil

25 Avqust 2015, 13:56


Mardinin Nusaybin mahalında PKK terrorçuları beynəlxalq İpək yoluna yerləşdirdiyi bombanı uzaqdan idarəetmə ilə partladıb, yol istifadə edilə bilməz vəziyyətə düşüb.

Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, hücumda xoşbəxtlikdən i ölən, ya da yaralanan olmayıb.

Məlumatda qeyd edilir ki, Mardinin Nusaybin mahalından keçən və Habur sərhəd məntəqəsinə  gedən beynəlxalq İpək yoluna PKK yaraqlıları dünən gecə hücum təşkil edib.

Hücumdan sonra təhlükəsizlik qüvvələri geniş təhlükəsizlik tədbirləri görərək quru yolunu hər iki istiqamətdə nəqliyyatın gediş-gəlişinə bağlayıb. Yolda başqa bomba olub-olmadığı yoxlanıldıqdan sonra yol hərəkət üçün birtərəfli açılıb.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal