Modern.az

Azərbaycanlıların yaşadığı qaçqın düşərgəsindəki yanğın barədə yeni AÇIQLAMA

Azərbaycanlıların yaşadığı qaçqın düşərgəsindəki yanğın barədə yeni AÇIQLAMA

Təhsil

25 Avqust 2015, 14:19


Almaniyanın Bavariya əyalətinin Noyştad-Valdnab şəhərində azərbaycanlıların da yaşadığı qaçqın düşərgəsində yanğın hadisəsi faktı ilə bağlı araşdırma qəsdən yanğın törətmə ehtimalı üzərində aparılır. Bu barədə Modern.az-a Azərbaycanın Almaniyadakı Səfirliyindən məlumat verilib.

Səfirliyin Oberpfalts Baş Polis İdarəsindən əldə etdiyi məlumata görə, 40 nəfərdən ibarət xüsusi istintaq qrupu məsələnin araşdırılmasını həyata keçirir: "Amma hələ ki, şübhəli şəxs qismində heç kəs aşkar olunmayıb. Hal-hazırda şahidlərin dindirilməsi davam etdirilir".

Qeyd edək ki, avqustun 21-də Almaniyanın Bavariya əyalətinin Noyştad-Valdnab şəhərində azərbaycanlıların da yaşadığı qaçqın düşərgəsində yanğın hadisəsi baş verib. Azərbaycan Respublikasının AFR-dəki Səfirliyi AFR-in hüquq-mühafizə orqanları ilə müntəzəm əlaqə saxlayaraq, hadisənin araşdırılmasını diqqətdə saxlayır.

Modern.az  
Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal