Modern.az

Səfirlik Əli Kərimli ilə Arif Hacılını bir araya gətirdi

Səfirlik Əli Kərimli ilə Arif Hacılını bir araya gətirdi

Təhsil

25 Avqust 2015, 15:16


Bu gün Böyük Britaniyanın Bakıdakı səfirliyində Böyük Britaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin rəhbəri Maykl Tathamla müxalifət nümayəndələri arasında görüş keçirilib. 

Modern.az musavat.com-a istinadən xəbər verir ki, görüşdə ölkəmizdə ictimai-siyasi vəziyyət, Qarabağ konfliktinin ədalətli həlli yolları, siyasi məhbuslar problemi, yaxınlaşan parlament seçkiləri və digər məsələlər barədə fikir mübadiləsi aparılıb. 

Görüşdə Müsavat Partiyasının başqanı Arif Hacılı, AXCP sədri Əli Kərimli, “REAL” Vətəndaş Hərəkatının icra katibi Natiq Cəfərli və Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq iştirak ediblər.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal