Modern.az

Əlcəzairin səfiri Tibb Universitetində olub - FOTO

Əlcəzairin səfiri Tibb Universitetində olub - FOTO

Təhsil

25 Avqust 2015, 16:10

Bu gün Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Abbes Benmoussat Azərbaycan Tibb Universitetini ziyarət edərək universitetin  rektoru, akademik Əhliman Əmiraslanovla  görüşüb.

ATU-dan Modern.az-a verilən məlumata görə, Akademik Ə.Əmiraslanov qonağı salamlayaraq, ona Azərbaycan Tibb Universiteti haqda ətraflı məlumat verib. Rektor Əlcəzair universitetləri ilə ATU arasında elm və təhsil sahələrində əlaqələrin qurulmasında maraqlı olduqlarını söyləyib. Əlcəzair Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə yeni təyin olunan cənab  Abbes Benmoussat ilk səfərini Tibb Universitetinə etdiyini deyib. Azərbaycan geniş əraziyə malik olmasa da, bu torpağın bəşəriyyətə bir çox dahi insan bəxş etdiyini söyləyən cənab səfir, akademik Ə.Əmiraslanovla şəxsi tanışlığından qurur duyduğunu söyləyib. Azərbaycanda bütün sahələrdə, o cümlədən tibb sahəsində gedən inkişafdan məmnunluğunu bildirən  səfir, iki dost ölkə arasında elm, təhsil və tibb sahəsindəki əlaqələrin daha da genişləndirilməsini, müxtəlif təhsil və elm müəssisələri arasında ikitərəfli əməkdaşlığın qurulmasının prioritet sahə olduğunu vurğulayıb.  O, yaxın gələcəkdə ATU və Əlcəzair universitetləri arasında əlaqələrin qurulacağına dəstək olacağını söyləyib. Öz növbəsində, akademik Ə.Əmiraslanov da dost ölkənin təhsil və müalicə müəssisələri ilə elmi, təcrübi və pedaqoji əməkdaşlığa hazır olduqlarını bildirib.


Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal