Modern.az

Neymar üçün fantastik təklif: 326 milyon avro

Neymar üçün fantastik təklif: 326 milyon avro

Təhsil

25 Avqust 2015, 16:35


İngiltərənin “Mançester Yunayted” klubu ölkə çempionatında uğursuz oyunlara son qoymaq üçün İspaniyanın “Barselona” komandasında oynayan Braziliya millisinin ulduzu Neymarı heyətinə qatmaq istəyir.

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, “Qırmızı şeytanlar” bu transfer üçün ayırdığı iddia edilən büdcə isə dünya futbol tarixində ilk və tək ola bilər. İddiaya görə, “Mançester Yunayted” rəhbərliyi bu transfer üçün 326 milyon avro ödəməyə hazırdır.

Bundan əvvəl Neymarı heyətində saxlamağı düşündüklərini açıqlayan “Barselona” səlahiyyətlilərinin bu təklifə nə cavab verəcəyi maraqla gözlənilir.  

Modern.az    

 
Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal