Modern.az

Cavid Hüseynovun ev dustaqlığına buraxılması üçün vəsatət verildi

Cavid Hüseynovun ev dustaqlığına buraxılması üçün vəsatət verildi

25 Avqust 2015, 16:42


Vəkili “Qəbələ”nin sabiq kapitanı Cavid Hüseynova baş çəkib. Bu haqda Modern.az saytına onun hüquqlarını müdafiə edən Adəm Məmmədov məlumat verib.

O bildirib ki, Cavidin ümumi vəziyyəti yaxşıdır, saxlanma şəraitindən narazılığı yoxdur.

Adəm Məmmədovun sözlərinə görə, futbolçunun həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün hazırladığı vəsatət bu gün Səbayel rayon Məhkəməsinə təqdim edilib: “Vəsatəti təqdim etdik. Bu gün, ya da sabah məhkəmə olacaq”.

Jurnalist Rasim Əliyevin ölümü ilə bağlı Sabayel rayon Məhkəməsi C. Hüseynovu həbs edib. İstintaqın hazırkı mərhələsində Cavid Hüseynovun ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə 3 ay həbs - qəti imkan tədbiri seçilib.

Cinayətin Cavid Hüseynovun təhriki ilə törədilməsi fərziyyəsi də istintaq-əməliyyat qrupu tərəfindən araşdırılır.  Bakı Apelyasiya Məhkəməsində “Qəbələ” futbol klubunun sabiq oyunçusu Cavid Hüseynovun şikayəti üzrə keçirilən prosesdə onun vəsatəti təmin edilməyib.  

Gülşən RAUFQIZI  

 
Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal