Modern.az

Dağlıq Qarabağ ikinci evimə çevrilib- rusiyalı milyarder

 Dağlıq Qarabağ ikinci evimə çevrilib- rusiyalı milyarder

25 Avqust 2015, 20:35

 

Modern.az xəbər verir ki, Dağlıq Qarabağa rusiyalı milyarder oranı onun ikinci evinə çevrildiyini bildirib.

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bunu rusiyalı biznesmen German Sterliqov “VKontakte” sosial şəbəkəsindəki səhifəsində yazıb. “Mənim  Qarabağdan gedəcəyimi deyənlərə inanmayın. İndi Dağlıq Qarabağ mənim ikinci evim olub. Moskva ətrafında bir evim var idi. Bura isə ikincidir. Mənim burda dəyirmanım və təndirim var.  Hər gün çörək bişiririk. Bu gündən isə Şuşada onun satışına başlayacağıq. Odur ki, Qarabağdan getməyəcəyəm. Hər iki evimdə - həm Rusiyada, həm də Qarabağda yaşayacağam”, - deyə o, bildirib. Xatırladaq ki, German Sterliqov Azərbaycanın icazəsi olmadan  Ermənistan tərəfindən işğal olunan ərazilərə səfər etdiyi üçün İnterpol vasitəsilə axtarışa verilib.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal