Modern.az

Qəzadan sonra komaya düşən avtopilot ayılmadı

 Qəzadan sonra komaya düşən avtopilot ayılmadı

25 Avqust 2015, 22:37

 

Modern.az xəbər verir ki, BŞ-ın Pensilvaniya ştatındakı Pokono magistralında qəzaya düşən "IndyCar" seriyalı yürüşün pilotu Castin Uilson vəfat edib. 37 yaşlı böyük britaniyalı idmançı komadan ayılmayıb. 

"Andretti Autosport" komandasının üzvü avqustun 23-də ağır kəllə-beyin travması ilə huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlər onu həyata qaytarmaqdan ötrü bir sutkadan çox çalışıblar. Amma avqustun 25-nə keçən gecə pilot dünyasını dəyişib.  Qəzanın səbəbkarı 20 yaşlı amerikalı pilot Seyc Karam olub. O, 179-cu dövrədə idarəetməni itirib və avtomobili hasara çırpılıb. Nəticədə maşının qırıntıları Uilsonun dəbilqəsinə dəyib. Bundan sonra böyük britaniyalı idmançı huşunu itirib.  Qeyd edək ki, Castin Uilson 2003-cü ildə "Formula-1"də debüt edib. O, "Minardi" və "Yaquar" komandalarının heyətində 16 yürüşə çıxıb. Uilson 2001-ci ildə beynəlxalq "Formula-3000" çempionatının qalibi olub. İdmançı "Champ Car" çempionatlarında isə 2 dəfə - 2006 və 2007-ci illərdə ikinci olub.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal