Modern.az

İran nefti baha qiymətə satmaqda maraqlıdır

 İran nefti baha qiymətə satmaqda maraqlıdır

26 Avqust 2015, 00:24

 

Modern.az xarici KİV-nə istinadən xəbər verir ki, neft bazarındakı mövcud vəziyyətdən və qiymətindən asılı olmayaraq İran dünya neft bazarına çıxmaq niyyətindədir.

Bu barədə açıqlama verən İranın neft naziri Bican Namdar Zənqane bildirib ki, onlar mövcud qiymətlərə baxmayaraq məhsullarını dünya bazarına çıxarmaq niyyətindədirlər: “Əlbəttə, biz də istərdik ki, nefti daha baha qiymətə sataq. Lakin qiyməti bazar müəyyən edir və biz də buna uyğunlaşmaq məcburiyyətindəyik”.

Nazir ölkəsinə qarşı sanksiyalar aradan qalxdıqdan sonra İranın dünya bazarına sutkada 1 milyon barel neft təklif etməyə hazır olacaqlarını bildirib.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama