Modern.az

Türkiyə PKK-ya qarşı “iqtisadi hücum”a hazırlaşır

 Türkiyə PKK-ya qarşı  “iqtisadi hücum”a hazırlaşır

26 Avqust 2015, 00:55

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Türkiyə PKK terror təşkilatının maliyyə qaynaqlarının məhv edilməsi məqsədilə “iqtisadi hücuma” hazırlaşır.

PKK-nın maliyyələşməsində əsas mənbələrə qarşı genişmiqyaslı planı həyata keçirməyə hazırlaşan Ankaranın əsas hədəfi Avropadan Van, Hakkari və Şırnak üzərindən İraqın şimalına köçürülən pulların qarşısını kəsməkdir.

Planın uğurla icra edilməsi terror təşkilatının silah qaçaqmalçılığı yolu ilə silahlanması imkanlarının qarşısını böyük həcmdə alacaq.

Plan çərçivəsində Milli İstihbarat Təşkilatı (MİT), Maliyyə Nazirliyinin Maliyyə Cinayətlərinin Araşdırılması Şurası (MASAK) və polis pulların hərəkət etdiyi marşrutları izləyəcək.

İddiaya görə, təşkilata il ərzində poçt ilə 300, bank sistemi ilə 50 milyon avro köçürülür. Bundan başqa, PKK-nın il ərzində Avropa ölkələrindəki kürd mənşəli vətəndaşlardan ianə olaraq aldığı pulun 200 milyon avrodan çox olduğu güman edilir.

Təşkilatın maliyyələşməsində əsasən Almaniya, Hollandiya, Danimarka və Fransa olmaqla, qitənin 14 ölkəsinin poçt və bank sistemi qəsdən və ya təsadüfən iştirak edir.

Modern.az

 

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal