Modern.az

Yoxa çıxan folklor janrı - LAYLALAR

Yoxa çıxan folklor janrı - LAYLALAR

26 Avqust 2015, 10:27

Dilin bu  gün də ictimai-sosial faktor olması elm tərəfindən əsl mübahisəyə çevrilib.  Həmçinin təfəkkürün dildən, yaxud dilin təfəkkürdən qaynaqlanması da geniş müzakirələrə səbəb olub.

Hər hansı zənci balasını  anadan olduğu gündən dil açana qədər ingilis ailəsinə təhvil versələr uşaq danışmağa başlarkən təbii ki, ingilis sözləri işlədəcək. Yəni, bu dildə təmiz şəkildə, aksentsiz danışacaq. Bütün bunlar dilin əslində sosial məfhum olduğunun göstəricisidir. Məşhur "Mauqli" əsərində də baş qəhrəmanı anadan olan kimi meşəyə atdıqlarından o nitq imkanlarından məhrum olur. Amma bir məsələ də var. Bu sırf bioloji aspektdir.

Elə məşhur Mauqlinin də sonradan insanlar kimi danışdığını görürük. Yaxud ingilis ailəsinə atılmış zənci də çox keçmədən öz dilində üsniyyət qura bilir. Bunun səbəbi isə beyindəki dili hərəkət etdirən bioloji siqnallardır. Həmin biosiqnallar insana ötürüdüyü mesajlar vasitəsi ilə genefondu haqqında düzgün məlumatlar verir.

Bu prizmadan çıxış edərək dili həm də bioloji faktor saymaq olar. Amma elə detallar var ki, orada dil həm sosioloji, həm də bioloji funksiyasını çox asanlıqla yerinə yetirə bilir. Bu sıraya ilk olaraq folklor nümunələrini daxil etmək olar.

Bir müddət hər hansı düşmən dövlət öz rəqibi ilə mübarizə aparan zaman onu işğal edəndən sonra dilinə ağır zərbə vurudu, yəni onu istifadədən çıxarırdı. Bu həm də yaddaşın itməsinə aparıb çıxarırdı. Bu gün də cəmiyyət tərəfindən xatrılanmalı olan folklor nümunələri dilin bioloji və sosial funksiyasını dirçəltməkdən ötrü nəzərdə tutulur.

Azərbaycan xalqının mədəni yaddaşında mühüm yer tutan folklor və onun layla növü həqiqətən də çox ciddi cə vacib bir detaldır. Gələcəyin kadrı, vətəndaşı, ziyalısı məhz o laylanın hesabına bioloji və sosial tərəfdən yetişir.

Bu gün isə kütlə arasında çox təəssüf ki, layla növünə münasibət demək olar ki, yox dərəcəsindədir.

Uşağı yatızdıran zaman oxunan və mövzusundan asılı olaraq ona müəyyən dəyərlər ötürən layla əslində körpənin şüuraltına qovulan mesajlar sistemidir.

Layla dedim yatasan

Qızıl gülə batasan

Qızıl gülün içində

Şirin yuxu tapasan.. 

 

Layla dedim ağlama,

Ürəyimi dağlama

Böyü, bir qoç igid ol

Mənə ümid bağlama.

Xüsusən də türk mədəni genefondunda özünə əsaslı yer tutan bu cür tərbiyələndirmə sistemi çox təəssüf ki, zaman–zaman sıradan çıxan dəyərlər cərgəsinə qatılır. Modern.az saytına açıqlama verən Elmlər Akademiyası Folklor İnstitutunun folklorun toplanması və tərtibatı şöbəsinin müdiri İlkin Rüstəmzadə laylaları demək olar ki, toplaya bilmədiklərini qeyd edir. Folklorşünasın fikrincə,  bu gün bütün bölgələrdə bəlkə də ən az istifadə edilən foklor növü elə laylalardır:

“Laylalar ən az rast gəlinən folklor nümunəsidir. Biz demək olar ki, layla toplaya bilmirik. İstənilən bölgədə yaşlı söyləyicilərimizdən laylalar istəyirik.

Amma onlar demək olar ki, qəti layla nümunəsi çəkə bilmirlər. Başqa janrlardan, nağıl, rəvayət, lətifə, əfsanə və s. misallar çəkirlər. Amma laylaların demək olar ki, adı çəkilmir.

Yeni nümunələr demək olar ki, yaranmır. Köhnələrin də çoxusu sıradan çıxır. Ən yaxşı halda bir bölgədən beş layla nümunəsi ala bilirik. Bu janr get-gedə unudulımaq üzrədir. Biz həm yazılı formada, həm də şifahi formada arxivlərdə saxlayırıq. İndi texniki imkanlar inkişaf edib. Söyləyicilərin səs yazıları qorunub saxlanılır. Yeni folklor nümunələri həmən kitaba salınır”.

Şairə Kəmalə Abıyeva isə hər bir qadın üçün laylanın ən yaxşı tərbiyəvi fakorlardan biri olduğunu qeyd edir. 

“Laylanı təbii ki, bir xanım və  bir şairə olaraq çox sevirəm. Əsasən iki yaşa qədər uşaqlar üçün deyilməlidir. Amma mənim nəvəmin 6 yaşı olmasına baxmayaraq mən bu gün də onun üçün laylalar oxuyuram.

Hər şeyi bir kənara qoyaq. Bunun tibbi-fizioloji tərəfi də çox önəmlidir. Uşaq nəinki yeni doğulan vaxtda hətta ana bətnində olan zaman onu tərbiyələndirmək lazımdır. Görürsən deyirlər ki, ana olmağa hazırlaşan qadının yanında pis söz danışmaq olmaz, onu əsəbiləşdirmək olmaz.

Çünki onun keçirdiyi bütün yaşantıları uşaq da keçirir. Odur ki, uşağı elə ana bətnində olarkən düzgün tərbiyələndirmək lazımdır. Uşaq anadan olandan sonra isə bu daha da aktuallaşmalıdır. Laylalar da məhz bu baxımdan önəmlidirlər. Onlar sadəcə folklor nümunələri, şeir formaları deyillər”.

Elmin NURİ


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU