Avqustun 25-də Ukrayna prezidenti Pyotr Poroşenko və daxili işlər naziri Arsen Avakov Odessada formalaşdırılan yeni patrul polisinin 400-ə yaxın əməkdaşının andiçmə mərasimində iştirak ediblər.
Modern.az-ın Ukrayna KİV-nə istinadən verdiyi xəbərə görə, Odessanın qubernatoru, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili də mərasimdə yeni formalaşdırılan patrul polisinin asayişin qorunmasında daha çevik iştirak edəcəyini bildiirb.
Pyotr Poroşenko da əmindir ki, Odessanın yeni patrul polisi Kiyevdəki həmkarlarının uğurlarını təkrarlayacaq.