“Habil müəllimin səhhəti ağırlaşmayıb, amma elə bir irəliləyiş də yoxdur. Bu gün nəhayət, bir az yemək verə bilmişik. Evdə reanimasiya şəraiti yaradılıb. Xəstəxanadan xüsusi çarpayı da gətiriblər. Həkimlərin nəzarəti altındadır”.
Bunu Modern.az saytına bir neçə gün öncə səhhəti ağırlaşaraq xəstəxanaya yatırılan xalq artisti Habil Əliyevin həyat yoldaşı Şərqiyyə Əliyeva bildirib. Ağciyər və ürək çatışmazlığından əziyyət çəkən xalq artisti 6 gün xəstəxanada qalıb. Sonradan öz təkidi ilə evə buraxılıb. Həyat yoldaşı Habil Əliyevin xəstəxanada qalmamasının səbəbini belə izah edib:“Habil müəllim evə gəlmək üçün ağladığında onu xəstəxanadan buraxdılar”.
Elmin NURİ