Modern.az

Bakıda şirkətdən 450 min dollar oğurlayan tutuldu

Bakıda şirkətdən 450 min dollar oğurlayan tutuldu

26 Avqust 2015, 13:04


Baş Cinayət-Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 1-də “Renessans-İnşaat” MTK-nın ofisindən içərisində 450 min  dolları olan seyfin oğurlanması faktının üstünü açıblar.

Modern.az Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, bu oğurluğa görə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Əhmədov tutulub,  digər bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.  

Modern.az

 
Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal