Modern.az

ADP deputatlığa 15 namizədin adını açıqladı

ADP deputatlığa 15 namizədin adını açıqladı

Təhsil

26 Avqust 2015, 15:14


Azərbaycan Demokrat Partiyasında (ADP) növbəti parlament seçkiləri ilə bağlı yaradılan Mərkəzi Seçki Qərargahının ilk iclası keçirilib.

Partiyanın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, yığıncaqda Milli Məclisə bu ilin noyabr ayında keçiriləcək seçkilərdə namizədlikləri irəli sürüləcək ADP üzvlərinin ilkin siyahısı, seçkilərlə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq atılacaq addımların müəyyənləşdirilməsi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, müvafiq qərarlar verilib. Sentyabrın 5-də partiyanın Ali Məclisinin iclasının keçirilməsi və seçkilərlə bağlı məsələlərin məclisin müzakirəsinə çıxarılması qərara alınıb.   Bundan başqa, seçkilərdə partiya adından iştirakı dəqiqləşdirilən ilkin siyahı açıqlanıb:  

1. Sərdar Cəlaloğlu – 9 saylı Binəqədi 2-ci seçki dairəsi;

2. Həsrət Rüstəmov – 14 saylı Xəzər seçki dairəsi;

3. Taliyət Əliyev – 21 saylı Nəsimi 1-ci seçki dairəsi;

4. Rəşid Mansurov – 22 saylı Nəsimi 2-ci seçki dairəsi;

5. Bəhruz Məmmədov – 23 saylı Nəsimi-Səbail seçki dairəsi; 6. Nurəddin İsmayılov – 25 saylı Nizami 2-ci seçki dairəsi; 7. Zakir Hüseynov – 34 saylı Xətai 2-ci seçki dairəsi;

8. Vasif Abdullayev – 35 saylı Xətai 3-cü seçki dairəsi;

9. Xaliddin Cahangirov – 42 saylı Sumqayıt 2-ci seçki dairəsi;

10. İsa Cəfərov – 44 saylı Sumqayıt-Abşeron seçki dairəsi; 

11. Kamil İsayev – 46 saylı Şirvan seçki dairəsi;

12. Cəbrayıl Dünyamalıyev – 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi;

13. Daşqın Nuriyev – 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi; 14. Məmmədağa Eynullayev – 70 saylı Masallı şəhər seçki dairəsi;

15. Rahib Həşimov – 75 saylı Lənkəran-Masallı seçki dairəsi.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu