İordaniya kralı Abdullah, Misirin dövlət başçısı Sisi və Birləşmiş Ərəb Əmrliklərinin vəliəhdi Məhəmməd min Zayed eyni anda Rusiyaya gedib. Modern.az xarici KİV-ə istinadən bildirir ki,
Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşən İordaniya kralı və Birləşmiş Ərəb Əmrliklərinin vəliəhdi Suriya və Yəmən məsələlərini müzakirə ediblər.Putin ilk olaraq kral Abdullah ilə görüşüb.
Krem Sarayında reallaşan görüşdə danışan kral Abdullah Rusiya və İordaniya arasında güclü əlaqələr olduğunu söyləyib. Kral Abdullah görüşün Orta Şərqdəki proseslər və İsrail-Fələstin əlaqələri kimi mövzuların qiymətləndirməsi adına əhəmiyyətli olduğunu dilə gətirib.
Rusiyanın Orta Şərqdəki aktual problemlərin həllində “həyati rol” oynadığını iddia edən Abdullah deyib: “Uzun zamandır Suriya böhranının həllini axtarırıq. Və burada bütün tərəflərin barışıq bir həll modelinin tapılması üçün müzakirə masasına oturması adına sizin və ölkənizin oynadığı rol həyati əhəmiyyətə sahibdir”.
Rusiya dövlət başçısı Putin iki ölkə hökumətinin əlaqələri inkişaf etdirmək adına təmas halında olduğunu ifadə edərək, görüşün bu təmasları inkişaf etdirmək adına əhəmiyyət daşıdığını vurğulayıb. Kral Abdullah Pütinlə görüşdən əvvəl Moskvada təşkil edilən Beynəlxalq Hava və Kosmos Sərgisi “MAKS 2015”ə qatılıb.
Vladimir Bütün, Abu-Dabi vəliəhdi şahzadəsi və Birləşmiş Ərəb Əmrlikləri Silahlı Qüvvələrini baş komandir köməkçisi Şeyx Məhəmməd min Zayed Əl Nahyan ilə də görüşüb.
Moskvada təşkil edilən sərgi sayəsində reallaşan görüşdə danışan Putin regional məsələlər və ikili əlaqələri qiymətləndirmə fürsəti əldə etdiyi üçün məmnun olduğunu söyləyib.
Zayed Əl Nahyan isə Putinə tez-tez bir araya gəlmək imkanı tapdıqlarını xatırladaraq deyib: “Bugünkü ziyarətimizdən müsbət duyğular əldə etdiyimizi söyləmək istəyərəm”.
Modern.az