Modern.az

Heydər Əliyev Fondu uşaq evində şənlik keçirib

 Heydər Əliyev Fondu uşaq evində şənlik keçirib

Təhsil

26 Avqust 2015, 21:31

 

Modern.az xəbər verir ki, bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaq evləri və Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin sakinləri üçün növbəti şənlik təşkil olunub.

Şənlik Nizami rayonundakı 1, Xətai rayonundakı 3, Suraxanı rayonundakı 2 nömrəli uşaq evlərindən və Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzindən 200-dək uşağı bir araya gətirib.

Balacalara xas hədsiz səmimiyyət və sevinclə əylənən uşaq evlərinin sakinləri və xüsusi qayğıya ehtiyacı olan uşaqlar müxtəlif oyunlara qatılıblar, ətrafdakılarla sevinclərini bölüşüblər. Onlar idman oyunlarında, əyləncəli proqramlarda, yarışlarda böyük həvəslə iştirak ediblər.

Bununla da xeyriyyəçiliyi, böyüməkdə olan nəslin hərtərəfli qayğı ilə əhatə olunmasını, müxtəlif humanitar aksiyaları fəaliyyətinin prioritet istiqamətləri kimi müəyyənləşdirən Heydər Əliyev Fondu paytaxtdakı uşaq müəssisələrinin sakinlərinə növbəti hədiyyəsini bəxş edib, mənalı və unudulmaz bir gün yaşadıb.

Uşaq evlərinin sakinlərinə və xüsusi qayğıya ehtiyacı olanlara hər zaman həssaslıqla yanaşan Heydər Əliyev Fondu bu dəfə də balacaları hədiyyələrlə sevindirib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu