Modern.az xəbər verir ki, “Barselona”nın keçmiş qapıçısı, hazırda "Mançester Yunayted"in şərəfini qoruyan Viktor Valdes "Beşiktaş"a transfer oluna bilər.
Britaniya mətbuatının yazdığına görə, “qırmızı şeytanlar”ın baş məşqçisi Lui van Qal ispan qolkiperi öz komandasında görmək istəmir və onun "Beşiktaş"a keçidinə razıdı.
"Qara qartallar"ın Valdesə 2+1 şərtiylə müqavilə təklif etdiyi də deyilir. Amma məşhur futbolçunun Türkiyəyə gəlmək barədə hələ öz fikrini bildirməyib.
Modern.az