Modern.az

Fransadan Rusiyaya 1 milyard dollar təzminat

 Fransadan Rusiyaya 1 milyard dollar təzminat

Təhsil

26 Avqust 2015, 22:53

 

Modern.az xəbər verir ki, Fransa hökuməti “Mistral” gəmiləri üçün Rusiyaya 1 milyar dollar təzminat ödəyəcəyini açıqlayıb.

Fransa parlamentinin spikeri Stefan Le Foll Paris Rusiyaya bu məbləğdən çox ödəniş edə bilməyəcəklərini bildirib: “Rusiyaya ən yaxşı halda 1 milyard dollar ödəyə bilərik. Dəqiq rəqəm barədə parlament qərar verəcək”.

Razılığın ləğv edilməsinin onsuz da Fransa büdcəsinə zərər vuracağını deyən spiker bu səbəbdən vəziyyətin parlament tərəfindən müzakirə ediləcəyini bildirib: “Belə olan halda gəmilərin mülkiyyət hüququ tamamilə Fransaya keçəcək və alıcı tapılması üçün danışıqlar reallaşacaq. Hazırda ilkin danışıqlar icra olunur”.

Xatırladaq ki, bir müddət əvvəl Fransanın “Mistral” gəmilərinin Rusiyaya satışından son anda imtina etdiyi üçün 1,2 milyard ödəməsi məsələsi gündəmə gəlmişdi.

Rusiya tərəfə hələlik məsələyə münasibət bildirməyib.

Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu