Modern.az

Oğlu öldürülən atadan dəhşətli əməl – AZADLIQ MEYDANINDA

Oğlu öldürülən atadan dəhşətli əməl – AZADLIQ MEYDANINDA

27 Avqust 2015, 10:38

59 yaşlı kişi şəhərin mərkəzində üstünə benzin tökərək özünü yandırmaq istəyib.

Bakıda intihara cəhd olub. 

Lent.az-ın məlumatına görə, dünən saat 14:00 radələrində 1956-cı ildə anadan olmuş, Yevlax rayon sakini Abdullayev İbrahim Qasım oğlu Azadlıq Meydanında üstünə benzin tökərək özünü yandırmağa cəhd edib.  

Hadisə yaxınlığındakı vətəndaşlar və polis əməkdaşları İ.Abdullayevin niyyətini sona çatdırmasına imkan verməyib.   İlkin araşdırmalar nəticəsində məlum olub ki, özünü yandırmağa cəhd edən şəxsin 19 yaşlı oğlu bir müddət əvvəl Yevlaxda qətlə yetirilib.  

Araşdırmalar davam etdirilir.

Modern.az  

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu