Modern.az

Bu ölkə nefti özünə ziyanla satır

Bu ölkə nefti özünə ziyanla satır

27 Avqust 2015, 11:11


Neft İxrac Edən Ölkələr Birliyi (OPEK) neftin hasilatından zərər görməyə başlayıb. Modern.az “Bloomberg” agnetliyinə istinadən xəbər verir ki, neftin satışını öz ziyanına gerçəkləşdirən ilk “OPEK” üzvü Ekvador olub. Ölkə prezidenti Rafael Korrea Ekvadorun satdığı “Oriente” neft markasının 1 barelinin hasilatının 39 dollara başa gəldiyini desə də, dünya bazarlarında bu neftin 36,67 dollara satıldığını vurğulayıb. Prezidentin sözlərinə görə “OPEK”-də neft hasilatına görə sonuncu yerlərdən birini tutan Ekvador iyul ayında gündəlik 538 min barel neft hasil edib.

Bundan əvvəl beynəlxalq analitik mərkəzlər “OPEK” üzvü olan 12 ölkədən İraq, Liviya, Venesuela, Nigeriya və Ekvadorun ağır iqtisadi duruma düşdüyünü hesablamışdı.

Vüqar İsmayılov

 
Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu