Gürcüstanın sabiq prezidenti, hazırda Ukraynanın Odessa vilayətinin qubernatoru səlahiyyətlərini icra edən Mixail Saakaşvili Batumidə “Əli və Nino” heykəlinin dağıdılmasına görə “Gürcü arzusu” Partiyasının yaradıcısı Bidzina İvanişvilini ittiham edib.
Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, Batumi şəhər meriyası dəniz sahilində yerləşən “Əli və Nino” heykəlinin yerini bir neçə metr dəyişmək istəyən zaman kranın qarmağı qırılıb və heykəllərdən biri yerə düşərək dağılıb.“Bu gün rusiyalı oliqarx Bidzina İvanişvilinin göstərişi ilə hərəkət edən “Əli və Nino” heykəli dağıdılıb”-deyə Saakaşvili öz “Facebook” səhifəsində yazıb.
“Əli və Nino” heykəli 2011-ci ilin yayında Batumidə quraşdırılıb.
Layihənin müəllifi Tamar Kvesitadzedir. Kompozisiya azərbaycanlı yazıçı Qurban Səidin eyni adlı əsərinin motivləri əsasında yaradılıb.
Vüqar İsmayılov