“10 gün xəstəxanada qaldım. Yüngül müalicələr aldım. Sağ olsunlar, yaxşı baxırdılar. Dünən evə buraxdılar. Vəziyyətim orta-ağır kimi qiymətləndirilir”.
Bunu Modern.az saytına Hepatit C xəstəliyindən əziyyət çəkən şair Kənan Hacı bildirib.Avqust ayının əvvəllərində qəflətən səhhəti ağırlaşan şair 10 gün 1 saylı Şəhər Kliniki Xəstəxanasında müalicə olunub. Dünən evə buraxılan şair səhhəti barəsində bunları əlavə edib:
“Hepatit C elə xəstəlikdir ki, virus get-gedə dərmanlar, müalicələr vasitəsilə təmzilənməlidir. Hazırda evə buraxılsam da, özümü o qədər də yaxşı hiss etmirəm. Düzdür, əvvəlkinə nisbətən babatam, amma yenə də yaxşı demək olmaz”.
Elmin NURİ