Avqustun 17-də Tailandın paytaxtı Banqkokda baş verən terror aktının təşkilinə görə yerli polis orqanları Türkiyənin millətçi “Boz qurdlar” təşkilatının üzvlərindən şübhələnir.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, teror aktının baş verdiyi günə qədər ölkədə 20 Türkiyə vətəndaşı olub.
İstintaq həmin şəxslər arasında “Boz qurdlar” qruplaşmasının üzvlərinin olduğunu və hadisəni də onların təşkil etdiyini təxmin edir. Tailand istintaqçıları ehtimal edir ki, “Boz qurdlar” təşkilatı Çindən Tailanda 300 uyğur türkünün deportasiya olunmasına görə qisas alıb. Deportasiya olunanlardan 300-ü ölkənin cənubunda qul vəziyyətində aşkar olunub.Sonradan qadın və uşaqlardan ibarət olan 200 uyğur türkü Türkiyədə sığınacaq alıb. Əsas kişilərdən ibarət 100 nəfərlik qrup isə yenidən Çinə qaytarılıb. Onların sonrakı taleyi barədə heç bir informasiya yoxdur.
Avqustun 17-də Banqkokun mərkəzində baş verən teror aktı zamanı 20 nəfər həlak olmuş, 125 nəfər isə xəsarət almışdı.
Modern.az