Liviyanın baş naziri Abdulla ət-Tani Türkiyə və Qətəri ölkədə siyasi İslamın formalaşmasındakı roluna görə tənqid edib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, baş nazir xalqın buna etiraz etdiyini də deyib.
“Bəzi dövlətlər bizə İslamın siyasi cərəyanını yetirmək istəyirlər. Məsələn, Türkiyə və Qətər buna çox səy edir amma liviyalılar bunu rədd edirlər. Bu iki ölkənin Misirdə “Müsəlman qardaşları” ilə əməkdaşlıq təcrübəsi var”.2011-ci ildə Liviya diktatoru Müəmmər Qəddafi öldürüldükdən sonra ölkə dünya birliyinin tanıdığı və mərkəzi Tobrukda yerləşən Abdulla ət-Tani hökumətinə və mərkəzi Tripoli şəhərində olan islamçı Ümumilli Xalq Konqresi adlı 2 tərəfə bölünüb.
Vüqar İsmayılov