Modern.az

Bakıda içərisində 450 min dollarlıq seyfi oğurlayanlardan biri tutuldu

Bakıda içərisində 450 min dollarlıq seyfi oğurlayanlardan biri tutuldu

27 Avqust 2015, 13:46


"Renessans-İnşaat" MTK-nın ofisindən içərisində 450 min ABŞ dolları olan seyfi oğurlayan şəxslərdən ikincisi də tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsi əməkdaşlarının həyata, keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 25-də "Renessans-İnşaat" MTK-nın ofisindən içərisində 450.000 ABŞ dolları olan seyfi oğurlayan qrupun digər üzvü - Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Ramin Məhərrəmov tutulub, ondan 3,08 qram tiryək götürülüb.  

Faktla bağlı araşdırmalar davam etdirilir. 

Modern.az 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu