Modern.az

AMEA Dilçilik İnstitutunun direktoru istefa ərizəsini geri götürüb

AMEA Dilçilik İnstitutunun direktoru istefa ərizəsini geri götürüb

27 Avqust 2015, 13:57


"Dilçilik İnstitutundakı vəzifəmdən çıxmaq haqqında ərizəmi geri götürmüşəm. Əslində, ərizə qeyri-qanuni idi, çünki onu məzuniyyətdə olan vaxt yazmışdım". Bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev deyib.

Akademik bildirib ki, işdən çıxması ilə bağlı qərarı tələsik qəbul edib: "O vaxt əsəbi şərait var idi, işdən çıxmaq barədə ərizə verdim. Sonra yazıları, müxtəlif münasibətləri gördüm, fikrimi dəyişmişəm. Nə səbəbə belə bir vəziyyət yaranıb, onu aydınlaşdırmaq üçün işə qayıtmaq istəyirəm. Ona görə də ərizəmi geri götürmüşəm". 

T.Hacıyev deyib ki, işə qayıtmağı Dilçilik İnstitutunun kollektivi ondan xahiş edib: "Kollektiv də xahiş etdi, mən də məsələləri aydınlaşdırmaq üçün işə getmək istəyirəm. Ona görə də vəzifəmə qayıdacam".  O, gələn aydan işə çıxacaq. (Report.az)

 
Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu