“Barri Kalebaut” şokolad fabrikləri şəbəkəsinin sahibi Eji Ostapçuk Moskvanın mərkəzində yerləşən mənzilində ölü tapılıb. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, meyiti qan içində olan biznesmenin otağında 56 pivə butulkası və şüşə qırıqları tapılıb. Ekspertlər başından zədə alan Ostapçukun ölüm səbəbini araşdırırlar.
8 il əvvəl Rusiyaya köçərək “Barri Kalebaur Raşa” zavodunu idarə edən biznesmen yaxınlarda şokolad istehsalı ilə bağlı yeni müqavilə də imzalamışdı.Vüqar İsmayılov