Modern.az

Jurnalistlər Bakı Şəhər Prokurorluğu qarşısında aksiya keçirdi

Jurnalistlər Bakı Şəhər Prokurorluğu qarşısında aksiya keçirdi

27 Avqust 2015, 14:31


Bakı şəhərinin prokuroru Əziz Seyidov tərəfindən qəbul edilən KİV təmsilçiləri jurnalist Rasim Əliyevin ölüm işi üzrə istintaqın gedişatı ilə bağlı narazılıqlarını bildiriblər

Bu gün bir qrup jurnalist Bakı Şəhər Prokurorluğunun qarşısına toplaşıb.

Mətbuat nümayəndələri avqustun 8-də döyülərək, öldürülən jurnalist Rasim Əliyevin ölüm işi üzrə istintaqın gedişatı ilə bağlı narazılıqlarını bildiriblər.

Jurnalistləri Bakı şəhərinin prokuroru Əziz Seyidov qəbul edib.

Media təmsilçiləri jurnalist Rasim Əliyevin müalicəsi zamanı səhlənkarlığa yol verən həkimlərin məsuliyyətə cəlb olunması ilə bağlı da Bakı prokuroruna müraciət ediblər. Jurnalistlər həmçinin istintaqın ədalətli aparılmasını, günahkarların layiqli cəzalarını almasını istədiklərini bildiriblər. 

Bakı şəhərinin prokuroru Ə.Seyidov jurnalistlərin tələblərini və şikayətlərini dinləyib.

Prokuror jurnalislərə bu tələbləri ilə bağlı müraciət hazırlayıb, rəsmi şəkildə istintaq orqanlarına təqdim etmələrini məsləhət görüb və onların müraciətlərinin mütləq araşdırılacağını bildirib. (Musavat.com)

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu