Ali məktəblərə qəbul olan abituriyentlərin qeydiyyatdan keçmə müddəti bu gün sona çatır.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Modern.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul olan 32279 abituriyentdən 31108-i artıq qeydiyyatdan keçib. 1171 nəfər abituriyent isə hələ də qeydiyyat prosesində iştirak etməyib.Ali məktəblərə qeydiyyat prosesi 27 avqust saat 17:00-da başa çatacaq.
Tələbə adı qazanan şəxslər həmin vaxta qədər tələb olunan sənədləri qəbul olduqları təhsil müəssisələrinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Vüsalə QƏZƏNFƏRQIZI