Moskva məhkəməsi Mahaçqalanın keçmiş meri Səid Ömərovu terrorçuluq ittihamında təqsirli bilərək ömürlük azadlıqdan məhrum edib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bundan əvvəl başqa ittiham üzrə Əmirov 10 müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, onun bacısı oğlu Yusup Cabarov da 8 il həbs cəzası alıb.
1998-ci ildən 15 il müddətinə Mahaçqalanın əvəzsiz meri olan Əmirova qarşı 15 sui-qəsd təşkil olunub. Onlardan birində onurğa sümüyündən zədə alan mer əlil arabasından istifadə etməyə məcbur olub. Səid Əmirov 2013-cü il noyabrın 1-də Rusiya xüsusi xidmət orqanlarının Mahaçqalada keçirdiyi əməliyyat zamanı həbs olunub və helikopterlə Moskvaya aparılıb.Vüqar İsmayılov