Modern.az

Türkiyədə növbəti terror - ölən və yaralalanlar var

 Türkiyədə növbəti terror - ölən və yaralalanlar var

27 Avqust 2015, 20:21

 

Modern.az-ın məlumatına görə,Türkiyədə növbəti terror hadisəsi baş verib.

PKK terrorçuları Şırnakın Cizre mahalına bağlı Nur Məhəlləsindəki Cizre Qarnizon Komandirliyinə lüləli silahlardan atəş açıb. Hadisə zamanı 7 nəfər yaralanıb.

Təhlükəsizlik qüvvələri dərhal terrorçulara cavab verib. Dəclə Elektrik Paylama AŞ (DEDAŞ) işçisi Məsud Vətən həyatını itirib. 

Hücumda yaralanan 3 əsgər və 4 məhəllə sakini Cizre Dövlət Xəstəxanasına aparılıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Modern.az 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu