Modern.az

Dərman qıtlığının səbəbi açıqlandı

Dərman qıtlığının səbəbi açıqlandı

27 Avqust 2015, 21:35

 

Modern.az xəbər verir ki, Səhiyyə Nazirliyi ölkədə dərman qıtlığı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Nazirliyinin mətbuat xidmətinin məlumata görə, son günlər bəzi kütləvi informasiya vasitələrində Akineton, Fenazepam və Alflutop adlı dərmanların apteklərdə tapılmaması barədə məlumatlar yayılıb: “Nazirlik bununla əlaqədar bildirir ki, bu dərmanlar Tarif Şurası tərəfindən qiymətləri tənzimlənmiş, habelə növbəti etapda qiymətlərinin tənzimlənməsi nəzərdə tutulmuş təsiredici maddəyə malik dərmanların siyahısına daxil deyildir.

Akineton adlı dərman vasitəsi Azərbaycan Respublikasında istehsalçı şirkət tərəfindən dövlət qeydiyyatından keçməmişdir və ona görə də bu dərman vasitəsini istehlakçılara almamaq tövsiyə olunur. Amma müalicə həkiminin məsləhəti ilə bu preparatın alternativi kimi dövlət qeydiyyatına alınmış və Parkinson xəstəliyinin müalicəsində effektivliyi və təhlükəsizliyi təsdiqlənmiş Trihexyphenidyl, Carbidopa və Levadopa tərkibli dərman vasitələrindən istifadə etmək olar.

Fenazepam preparatı psixotrop dərman vasitəsi olduğuna görə onun aptekdən satışı yalnız müalicə həkiminin təyinatı əsasında reseptlə aparılır.

Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu