Modern.az

Almaniya səmasında mindən çox paraşütçü desant

Almaniya səmasında mindən çox paraşütçü desant

27 Avqust 2015, 22:09

 

NATO-ya üzv 11 ölkədən təxminən 5 min əsgərin iştirakı ilə təşkil olunan “Svift Response 15” hava təlimləri davam edir. 

Bu gün Almaniya səmalarında mindən çox paraşütçü eniş edib. Desant qüvvənin enişi ölkənin cənubundakı Hohenfels hərbi bazasında baş tutub.

ABŞ ordusunun sözçüsü Kristian Marquardt keçirilən təlimlərdə əsas məqsədin “NATO Avropa Komandası” yaradılması olduğunu deyib.

Xatırladaq ki, ABŞ ordusu liderliyindəki təlimlərdə Almaniya, Rumıniya, Bolqarıstan və İtaliya da iştirak edir.

Təlimlər sentyabrın 13-dək davam edəcək.

Modern.az

 

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu