Modern.az

"QARABAĞ"DAN MÖHTƏŞƏM TARİXİ QƏLƏBƏ - YENİLƏNİB

  "QARABAĞ"DAN MÖHTƏŞƏM TARİXİ QƏLƏBƏ - YENİLƏNİB

27 Avqust 2015, 22:51


Modern.az xəbər verir ki, Avropa Liqasının "pley-off" mərhələsində baş tutan "Qarabağ" - "Yanq Boyz" matçı agdamlıların möhtəşəm qələbəsi ilə başa çatdı 3-0. Bunulada komandamız ardıcıl ikinci il Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmış oldu. 

*******

Modern.az xəbər verir ki, Avropa Liqasının "pley-off" mərhələsində hazırda davam edən "Qarabağ" (Azərbaycan) - "Yanq Boyz" (İsveçrə) cavab matçı həmyerlilərimizin inamlı üstünlüyü ilə davam edir.  

Artiq başa çatmış birinci hissəsnin 4-cü dəqiqəsində rəqib komandanın müdafiəçisini meydandan qovan hakimin təyin etdiyi penaltini Riçard Almeyda uğurla yerinə yetirib. 43-cü dəqiqədə isə Reynaldo hesabı 2-0 edib.

Komandalar oyuna aşağıdakı tərkibdə çıxıblar:

"Qarabağ": İbrahim Şehiç, Qara Qarayev,  Rəşad Sadıqov (k), Riçard Almeyda, Ansi Aqolli, Dani Kintana, Bədavi Hüseynov, Reynaldo, Əfran İsmayılov, İlqar Qurbanov, Cavid Tağıyev

Ehtiyat oyunçular: Fərhad Vəliyev,  Elvin Yunuszadə, Vüqar Mustafayev, Raydell Puponu, Azər Salahlı, Namiq Yusifov, Coşqun Diniyev

"Yanq Boyz": Mvogo, Floren Haderqyonay, Milan Vilotiç, Von Bergen (k),  Skot Sutter, Leonardo Bertone, Miralem Süleymani,  Denis Zakariya,  Aleksandr Qonzalez, Yuya Kubo, Qiyom Oaro

Ehtiyat oyunçular: Marko Völfli, Rafael Nuzzolo,   Yan Lekyaks, Roçat, Haris Tabakoviç,  Samuel Afum, Milan Qayiç.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu