Modern.az

Pakistan 3-cü ən böyük nüvə dövləti olacaq - Şok

 Pakistan 3-cü ən böyük nüvə dövləti olacaq - Şok

27 Avqust 2015, 23:12

 

Modern.az xəbər verir ki, ABŞ-ın Karnegi Beynəlxalq Sülh Fondu və Stimson adlı düşüncə təşkilatı Pakistanın dünyada 3-cü ən böyük nüvə dövləti olacağını açıqlayıb.

Hazırlanan hesabatda ABŞ və Rusiyanın ardından Pakistanın 5-10 il ərzində dünyada söz sahibi olacağı qeyd olunub.

Vurğulanır ki, Pakistan Hindistan ilə döyüş ehtimalı səbəbindən hər il nüvə başlığı daşıyan 20 raket hazırlayacaq. Hazırda Pakistanın 120 nüvə başlığı daşıyan mərmiyə sahib olduğu deyilən hesabatda 10 il ərzində mərmilərin sayının 350 olacağı proqnozlaşdırılıb.

Xatırladaq ki, ABŞ və Rusiyadan sonra Fransa 300 nüvə başlığı ilə dünyada 3-cü yerdədir.

Modern.az        
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu