Modern.az

İkinci peykin istehsalçısı müəyyənləşdi

İkinci peykin istehsalçısı müəyyənləşdi

27 Avqust 2015, 21:49

 

Azərbaycan ikinci telekommunikasiya peyki “Azerspace-2”-nin tikintisi ilə məşğul olacaq şirkəti müəyyənləşdirib.

Modern.az  xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov deyib.

Nazir bildirib ki, şirkətin adı yaxın zamanda açıqlanacaq: “Peykin orbitə çıxarılması 2017-ci ilin sonu, 2018-ci ilin əvvəlinə planlaşdırılır”.

Xatırladaq ki, peykin tikintisi və yerüstü idarə mərkəzi üçün avadanlığın tədarükü tenderində ABŞ ("Orbital" və "Space Systems Loral"), Çin ("China Great Wall Industry Corporation") və Fransa ("Airbus Defence and Space") şirkətləri iştirak edir.

Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu