Modern.az

PKK AZƏRBAYCAN TIR-LARINI YANDIRDI- VİDEO

  PKK AZƏRBAYCAN TIR-LARINI YANDIRDI- VİDEO

27 Avqust 2015, 23:56

 

Modern.az xəbər verir ki, PKK terror təşkilatı Türkiyədən gələn Azərbaycan TIR-larına od vurub.

Türkiyədə yaşayan azərbaycanlının Axar.az-a verdiyi məlumata görə, PKK bu hücumu Bitlisdə həyata keçirib. Maraqlıdır ki, bir həftə öncə baş verdiyi bildirilən olay barədə Türkiyə mediasında məlumat tapmaq mümkün deyil.

Soydaşımızın sözlərinə görə, Azərbaycan nömrəli TIR-lar Türkiyədən Naxçıvan vasitəsilə yük gətirirmiş. PKK TIR-ları yükqarışıq yandırıb. Fotolarda TIR-lardan 3-nün nömrəsi aydın görünür: 99 HP 581, 10 ZH 886 və 10 ZH 771.

Ümumilikdə 7 TIR-a od vurulub: 6 TIR tamam külə dönüb, yalnız birini xilas etmək mümkün olub.

 

 

Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu