Modern.az

Oqtay Əsədov ABŞ-a gedir

Oqtay Əsədov ABŞ-a gedir

28 Avqust 2015, 17:43

Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti Parlament Sədrlərinin 4-cü Ümumdünya Konfransında iştirak etmək üçün avqustun 30-da Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə yola düşəcək.

Milli Məclisin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, tədbirdə Parlament sədrlərinin keçmiş konfranslarının əsas tövsiyələrinin tətbiqi və beynəlxalq əməkdaşlıqda parlament ölçüsünün artması, parlamentlərin işində gender bərabərliyinin təşviqi, parlamentin yeni davamlı inkişaf hədəflərinin formalaşdırılmasında və tətbiqində rolu və digər mövzularda fikir mübadiləsi aparılacaq.  

Səfər çərçivəsində Milli Məclisin Sədri Oqtay Əsədovun konfransda iştirak edəcək bir sıra nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri də nəzərdə tutulub.  

Parlament nümayəndə heyətinin səfəri sentyabrın 4-də başa çatacaq.  

Modern.az


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama