Modern.az

Dövlət AZƏRTAC-ın xaricdəki müxbirlərinin təhsil alan övladlarının hər biri üçün 500 dollar ödəyəcək

Dövlət AZƏRTAC-ın xaricdəki müxbirlərinin təhsil alan övladlarının hər biri üçün 500 dollar ödəyəcək

Media

28 Avqust 2015, 18:02


Nazirlər Kabineti "Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) işçilərinin əməyinin ödənilməsi şərtlərinin və ştat sayının tənzimlənməsi haqqında" qərarında dəyişiklik edib.

"Report"un xəbərinə görə, sənədi baş nazir Artur Rasizadə imzalayıb.

Dəyişikliklə AZƏRTAC-ın xarici ölkələrdə çalışan xüsusi müxbirlərinin ümumtəhsil məktəblərində təhsil alan övladlarının hər birinin aylıq təhsil haqlarının 500 ABŞ dollarından çox olmayan hissəsinin dövlət büdcəsi hesabına ödənilməsi təmin ediləcək.

Qeyd edək ki, qərar 2016-cı il yanvarın 1-dən qüvvəyə minəcək.

Modern.az

   
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi