Modern.az

Bir milyard insan “Facebook”da

 Bir milyard insan “Facebook”da

28 Avqust 2015, 23:46

 

Modern.az xəbər verir ki, “Facebook” sosial şəbəkəsinin qurucusu Mark Zukerberq (Mark Zuckerberg) ötən gün maraqlı bir statistika açıqayıb.

Sosial şəbəkənin tarixində ilk dəfədir olaraq 1 milyard istifadəçi eyni vaxtda “Facebook”da olub. Sözügedən hadisə bazar ertəsi günü baş verib.

M.Zukerberq deyib ki, şəbəkədən istifadə edən hər 7 nəfərdən biri dostları və ya ailəsi ilə ünsiyyət qurmaq niyyəti ilə şəbəkəyə daxil olur.

Qeyd edək ki, sosial şəbəkənin milyardıncı istifadəçisi 2012-ci ilin noyabrında qeydiyyatdan keçib. “Facebook” iyul ayında dünyadakı internet istifadəçilərinin yarısından çoxunun ən az bir dəfə şəbəkəni ziyarət etdiyini deyib.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu