Modern.az

Qızlığını satmaq istəyən azərbaycanlı qıza təcavüz olundu

Qızlığını satmaq istəyən azərbaycanlı qıza təcavüz olundu

29 Avqust 2015, 10:19


Rusiyanın Prikamye şəhərində qızlığını satmaq istəyən 20 yaşlı Azərbaycan vətəndaşını zorlayıblar.

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, gənc qız Bereznikov sakini qızlığını 14 min dollara satmaqla bağlı razılığa gəlib. 29 yaşlı oğlan onun yol xərcini ödəyib, Bereznikidə onu qarşılayıb və əvvəlcədən tutduğu mənzilə gətirib. Burada onlar müqavilə imzalayıblar, bundan sonra qız oğlanın ödəmə imkanını yoxlamaq üçün bank sənədini təqdim etməsini istəyib.

Bunun əvəzində, gənc oğlan elə bir sənəd göstərib ki, guya azərbaycanlı qız ona 5 milyon rubl borcludur.

Qonağını axırıncı dəfə qorxutmaq üçün oğlan hüquq-mühafizə orqanlarının əməkdaşlarını çağırıb. O, qıza deyib ki, tələb etdiyi pulu ödəməkdən imtina edəcəyi təqdirdə Bereznikidə fahişəliklə məşğul olacaq. İmzalanan müqaviləyə görə gecəni gənclər bir yerdə keçiriblər.

Zərərçəkən döşək ağlarından istifadə edərək üçüncü mərtəbədən qaçmaq istəyərkən yıxılıb və müxtəlif xəsarətlər alıb.

Gənc oğlana avqustun 28-də ittiham irəli sürülüb.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu