Modern.az

Dövlət Bağçalı: “Davutoğlu, məni yaxşı dinlə!”

Dövlət Bağçalı: “Davutoğlu, məni yaxşı dinlə!”

Təhsil

29 Avqust 2015, 12:19


Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı baş nazir Əhməd Davutoğlunun yeni kabinetin tərkibini açıqlamasının dərhal ardından Twitterdən təəccüblü şərhlər verib.

Modern.az Türkiyə KİV-nə istinadən bildirir ki, Bağçalı yazıb: “Bax, hörmətli Davutoğlu, nə istədiyimi bilmək istəyirsən; o qədər söylədim, yenə başa düşə bilməmisən. Sözün çoxu cahilə, sözün azı arifə deyilər”.  

Bağçalı iddia edib ki,  Ədalət və İnkişaf Partiyası (AKP) - PKK qeyri-qanuni birliyi hökumət nikahı ilə elan edilib: “Türk tarixi bu qaranlıq günləri yazdığında nə edəcəksiniz?”.

Bağçalı davamında yazıb: “Biz 17-25 dekabr çərçivəsində oğruların məhkəməyə çıxarılmasını, rüşvətxorların yaxasından tutulmasını istəyirik, anladınmı?

Biz PKK-ya silah və sursat təmin edən, bölünməyi hazırlayan, məhvimizi proyektləşdirən sülh prosesinin müddətinin çürüməyə tərkini istəyirik, anladınmı? Biz saraydakı 17-25 nüfuzlu şəxsin Türkiyəni dağıtmağa və türk millətinin yox olmağa sürüklənməsinə etiraz edirik, anladınmı?

Biz Konstitusiya və qanun üstünlüyünün hər kəsi əhatə edəcək dərinlikdə dərhal təmin və möhkəmləndirilməsini istəyirik, anladınmı? Biz zərər çəkmiş milyonların halal qazancının haramzadaların kursağından sökə-sökə çıxarılmasını istəyirik, anladınmı? Biz Türklüyə edam fərmanı yazan, milliyyətçiliyə xaçlı gözlü ilə baxan xainlərə dövlət ümidini cəsurca göstərilməsini istəyirik, anladınmı?”    

Bağçalı qeyd edib ki, dialoq qurmaq üçün əvvəl səmimiyyət, sonra da gerçək bir niyyətlə danışmaq əsasdır: “Anlamaq üçün dinləmək, dinləmək üçün isə səbir lazımdır.

Bəzən danışana deyil, danışdırana diqqət yetirmək zəruridir. Ağaca baxım deyərkən meşəni gözdən qaçırmamaq belə bir şeydir. Çox söz yalansız, çox pul haramsız olmaz deyərlər. Yalan və haramın isə bu günlərdə nə qədər də sözü dinləndirir edir, nə qədər də hökmü keçir!

Ziddiyyət və qorxu içində tərəddüd edən hər şəxsiyyət səhvi müdafiə edəcək ölçüdə əxlaq yolundan sapar. Bu sapma halı tükənmənin xəbərçisidir. Bu gün iradəsi saraya tərəfli baş nazir şəxsimi hədəf alaraq bu sualı soruşdu: “Nə istəyirsən mübarək? Nə istəyirsən Allah xatirinə?”  

Əslində nə istədiyimizi kar sultan belə eşitdi də, bir tək Davutoğlu və dedi-qoduçu ətrafı anlamadı, anlaya bilmədi, anlamaq istəmədi.

Baş nazir bu günlərdə çox məşğul, çox əldən düşmüş, çox dalğın, çox narahat. Ya anlamır, ya da anladığını mühakimə edə bilmir. Kədərli!  

Anlamaq üçün qulaqları açıb diqqətlə qulaq asmaq lazımdır. Ağlında saray kabusu olanın, anlayışında eşitməməzliyin olması çox normal.  

Baş nazir gümanım məni yanıltmırsa, ağıllı bir insandır. Əslində nə söylədiyimi anlaması çətin deyil. Dərsini yaxşı etmir, qaytarır!  Bununla da kifayətlənmir, gerçəkləri sapdırır, yazıq vəziyyətlərə düşür.

Qaldı ki, nə istədiyimizdən əvvəl necə dinlədiyini qiymətləndirməli.   Bağlı zərf üsulu ilə Nazirlər Kabineti tenderinə çıxması, saraydan keçər qeyd etmək üçün verilən seçki tapşırığına çalışması zehnini laxtalaşdırıb.

Bax hörmətli Davutoğlu, nə istədiyimi bilmək istəyirsən; o qədər söylədim, yenə dərk edə bilməmisən. Sözün çoxu cahilə, sözün azı arifə deyilər.   Yenə səni qurtaracağam; amma yaxşı dinlə, hifz et".  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu