Modern.az

Müsavat Partiyası Məclisində QALMAQAL: “Məni şantaj edir”

Müsavat Partiyası Məclisində QALMAQAL: “Məni şantaj edir”

Təhsil

29 Avqust 2015, 13:38


Müsavat Partiyası Məclisinin iclasında deputatlığa namizədlərin siyahısının müəyyənləşdirilməsində narazılıqlar yaranıb.

Modern.az saytının məlumatına görə, 9 saylı Binəqədi İkinci Seçki Dairəsindən Divan üzvü Nemət Kərimli və partiyanın Binəqədi təşkilatının üzvü Rauf Səlimov namizəd olmaq istəyiblər.

Müzakirə zamanı R.Səlimov deyib ki, Nemət Kərimli iş yeri ilə bağlı onu şantaj edir. N.Kərimli isə R.Səlimovu partiyadan kənarlaşdırılmış Vurğun Əyyubun adamı kimi sabotajla məşğul olmaqda günahlandırıb.

Müzakirələrdən sonra hər iki şəxsin namizədliyi səsverməyə çıxarılıb. Səs çoxluğu ilə bu dairədən N.Kərimli Müsavat Partiyasının deputatlığa namizədi olub.

R.Səlimov səsvermədən öncə zalı tərk edib və səsvermə zamanı zala çağırılsa da, qayıtmayıb.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu