Modern.az

ABŞ prezidentliyinə namizəd Putini qanqster adlandırdı

 ABŞ prezidentliyinə namizəd Putini qanqster adlandırdı

Təhsil

29 Avqust 2015, 21:43

 

Modern.az xəbər verir ki, ABŞ prezidentliyinə Respublikaçılar Partiyasının namizədlərindən biri Marko Rubio seçkiqabağı çıxışlarından birində Rusiyanın dövlət başçısı Vladimir Putini qanqster adlandırıb.

Amerikalı senator belə deyib: “Əgər siz Vladimir Putinin siyasi rəqibisinizsə, onda plutoniumla təsadüfən su içmək olar”.

O, daha irəli gedərək Rusiyanın ABŞ üçün böyük təhlükə olduğunu da vurğulayıb. Prezidentliyə iddialı respublikaçı bu sırada Şimali Koreyanın, Çinin və İranın da adını çəkib.

Bundan əvvəl Rubio Vladimir Putini təhlükəli adam kimi xarakterizə edib: “O, təhlükəli adamdır və nə qədər ki, bu ölkəni idarə edir, biz heç bir illüziyaya qapılmamalıyıq”.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu