Modern.az

Bülənt Arınç yerini Türkeşin oğluna verdi

 Bülənt Arınç yerini Türkeşin oğluna verdi

Təhsil

29 Avqust 2015, 23:06

 

Modern.az xəbər verir ki, Ankara bu gün yeni hökumətinin təhvil-təslim mərasiminə səhnə olarkən baş nazirin keçmiş müavini Bülənt Arınç vəzifəsini Toğrul Türkeş təhvil verdiyini rəsmi Twitter hesabı üzərindən duyurub.

Arınçın vəzifəni təhvil verərkən masasını toplaması isə diqqət çəkib. Kabinetdəki 3 dönəmlik nazirlər bu gün vəzifələrini mərasimlə təslim edib. Baş nazir müavini Əli Babacan və əmək və sosial müdafiə naziri Faruk Çelikin iş otaqlarından yığışlanmadıqları gözə dəyib. Baş nazir köməkçisi Bülənt Arınçın isə iş otağındakı əşyalarını təhvil-təslim mərasimindən əvvəl topladığı öyrənilib. Arınçın digər iki otaqdakı əşyalarını isə 7 İyun seçkilərindən əvvəl topladığı bildirilib.

Bülənt Arınç vəzifəsini Toğrul Türkeş təhvil verdiyini rəsmi Twitter hesabından belə çatdırıb: “Baş nazir müavini vəzifəmi bu gün hörmətli Tuğrul Türkeşə təhvil verdim. Ona  vəzifəsinin xeyirli və uğurlu olmasını dilədim. 2009-cu il mayın 1-dən etibarən davam etdirdiyim baş nazir müavini vəzifəmi bu gün təhvil verdim. Bu vəzifəni mənə həvalə edən, əvvəlki baş nazirimiz hörmətli Rəcəb Tayyib Ərdoğana və bir ildir birlikdə işlədiyimiz baş nazirimiz cənab Əhməd Davudoğluna minnətdarlığımı bildirirəm. Birlikdə işlədiyimiz Nazirlər Kabinetinin üzvlərinə, məmurlarına, həmçinin mənimlə çalışan bütün heyətimə təşəkkür edirəm.  Yeni seçki hökumətinin ölkəmizə xeyirlər gətirməsini diləyirəm”.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu