Modern.az

BAXCP seçki qərarı verdi - deputatlığa namizədlərin siyahısı müəyyənləşdi

BAXCP seçki qərarı verdi - deputatlığa namizədlərin siyahısı müəyyənləşdi

Təhsil

30 Avqust 2015, 17:13


Avqustun 30-da Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Ali Məclisinin növbəti sessiyası keçirilib. Sessiyaya sədrlik edən BAXCP Ali Məclisinin sədri Teyyib Qəni gündəlikdə duran məsələlər haqqında danışıb.

Modern.az xəbər verir ki, qurumun məlumatına görə, sessiyada təşkilati işlərin müzakirəsi zamanı BAXCP sədrinin təqdimatına əsasən, “Elçi” qəzetinin baş redaktoru Əli Həziquliyev İdarə Heyətinin üzvü seçilib.

Noyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirakla bağlı məsələnin müzakirəsi zamanı çıxış edən BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın bu marafona  hazırlığı barədə danışıb. O, partiya üzvlərinin seçkilərdə fəal iştirakının vacibliyini önə çəkib.

BAXCP sədrinin çıxışından sonra Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə iştirakı ilə bağlı məsələ səsə qoyulub və qərar qəbul edilib. Ali Məclisinin qərarına əsasən BAXCP Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə siyasi partiya kimi iştirak edəcək.

Daha sonra partiyanın baş katibi Söhrab Abdullayev Milli Məclisə seçkilərdə deputatlığa namizədliyi irəli sürüləcək şəxslərin siyahısını Ali Məclis üzvlərinin müzakirəsinə təqdim edib.
Söhrab Abdullayev namizədlərin sayının arta biləcəyini xatırladıb.

Baş katibin çıxışından sonra Milli Məclisə keçiriləcək seçkilərdə deputatlığa namizədliyi irəli sürüləcək şəxslərin namizədliyi ayrı-ayrılıqda səsə qoyulub və qərar qəbul edilib.

BAXCP tərəfindən deputatlığa namizədliyi irəli sürülən şəxlərin siyahısı İdarə Heyətinin müvafiq qərarından sonra açıqlanacaq.

Deputatlığa namizədlərin irəli sürülməsi ilə bağlı qərarın qəbulundan sonra, Seçki Məcəlləsinin tələblərinə əsasən, partiyanın səlahiyyətli nümayəndələri və maliyyə məslələri üzrə səlahiyyətli nümayəndələrinin siyahısı təsdiqlənib.

Sessiyanın sonunda partiya sədrinin beynəlxalq məsələlər üzrə müavini Elçin Mirzəbəyli, rayon və şəhər təşkilatlarının sədrlərindən Allahverdi Zamanlı, Elçin Şahbazov, Zöhrab Məmmədov və digər şəxslər çıxış edərək, BAXCP üzvlərinin seçkilərdə daha fəl iştirak etmələrinin təmin olunması ilə bağlı təkliflərini səsləndiriblər.

Modern.az

   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu