Vəkili həbsdə olan jurnalist Rauf Mirqədirova baş çəkib. Bu haqda Modern.az saytına jurnalistin vəkili Elmar Süleymanov məlumat verib.
Hüquq müdafiəçisi Ədliyyə Nazirliyi Pentensiar xidmətin müalicə müəssisəsinə yerləşdirilən R.Mirqədirovun vəziyyətinin yaxşı olmadığını deyib:
“O, baş ağrılarından əziyyət çəkir. Tez-tez spazmaları tutur, gözləri ağrıyır, təzyiqi qalxır. Hazırda müayinə edilir, xəstəliyinin səbəbi aydınlaşandan sonra müalicə aparılacaq”.
“Ayna-Zerkalo” qəzetinin şərhçisi Rauf Mirqədirov 2014-cü ilin aprelində Türkiyədə saxlanılaraq, Azərbaycana deportasiya olunub. Cinayət Məcəlləsinin 274-cü maddəsinə (dövlətə xəyatnət) əsasən, ona ittiha irəli sürülüb. Bir neçə gün öncə səhhətində yaranmış narahatlıqla əlaqədar Ədliyyə Nazirliyi Pentensiar xidmətin müalicə müəssisəsinə köçürülüb.
Gülşən RAUFQIZI