Modern.az

Dünyanın ən böyük qaz yatağı kəşf olundu

Dünyanın ən böyük qaz yatağı kəşf olundu

31 Avqust 2015, 10:30

Misirin Aralıq dənizi sahillərində nəhəng qaz yatağı aşkarlanıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliyanın “Eni” şirkətinin apardığı kəşfiyyat işləri zamanı aşkarlanan “Zohr” yatağının 30 trilyon kubmetr qaz ehtiyatının olduğu bildirilir.

“Zohr Misirdə, Aralıq dənizi hövzəsində və ümumiyyətlə, dünyada aşkarlanan ən böyük qaz yataqlarından biridir”-deyə şirkətin saytında deyilir.

100 kvadrat kilometr ərzaidə yerləşən yataq Misiri bir neçə onillik boyu yanacaqla təmin etməyə imkan verir.

Artıq “Eni” şirkətinin baş direktoru Klaudio Diskaltsi Qahirəyə səfər edərək, qaz yatağının istismarı ilə bağlı Misir hökumətinin razılığını alıb.

Vüqar İsmayılov   

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama